Loading...
Loading...
p1

Məşhur “Əfqan qızı” həbs olundu – FOTO

12 yaşında “National Geographic” jurnalının üz qabığına çıxan məşhur “Əfqan qızı” həbs olunub.

Axşam.az bildirir ki, Şərbət Gula saxta pasportdan istifadə etdiyi üçün Pakistanda saxlanılıb. Əfqanıstan sərhədində yerləşən Peşavar şəhərində aparılan araşdırma zamanı Gulaya saxta pasport verən üç pakistanlı vətəndaş isə hələ də axtarışdadır.

Hazırda 44 yaşı olan “Əfqan qızı”nı 7 ildən 14 ilə kimi həbs gözləyir. O, həmçinin 3-5 min dollar cərimələnəcək.

Qeyd edək ki, 1984-cü ildə Stiv MakQurri tərəfindən fotosu çəkildikdən sonra dünyada tanınan Gula SSRİ və Əfqanıstan arasında müharibə zamanı yetim qalıb.

Uzun illər axtarılsa da, kimliyi bəlli olmayan qız 2002-ci ildə tapılıb. Aralarında S.MakQurrinin də olduğu “National Geographic” heyəti Əfqanıstana gedərək Gula ilə görüşə bilirlər. Onun illər sonrakı halı yenidən jurnalın üz qabığına çıxmışdı.

p2

p3

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Güclü zəlzələ İtaliyanın bir şəhərini işıqsız qoyub

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: