Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bank-dollar-manat-300x205-1

Mərkəzi Bankın “gülləsi” qurtarı

Ölkənin pul vahidi kəskin dəyərdən düşdükdə mərkəzi banklar “cəbhəxanasını” açraq silahlarını işə salırlar. Bu silahlara valyuta satışı müdaxiləsi, uçot dərəcəsi, not buraxılışı, depozit hərracı və s. daxildir.

Azərbaycan Manatı Dollar qarşısında dəyərdən düşür. Mərkəzi Bank demək olar ki, ən güclü “silahlarından” istifadə edib, amma “düşmən” dollar Manatı əzib keçir.

Məzənnəyə müdaxilə etmək üçün Mərkəzi Bankın valyuta ehtiyatları, obrazlı desək “cəbhəxanasında” “gülləsi” bitmək üzrədir. 2014-cü ilin İyun ayının sonunda 15 milyard 193 milyon dollar valyuta ehtiyatına malik olan Mərkəzi Bank, Manatı qurtarmaq üçün ehtiyatlarının 11 milyard 188 milyon dollarını satıb, amma manat dəyərdən düşməkdə davam edir. Oktyabr ayının sonuna olan məlumata görə, Mərkəzi Bankın 4 milyard 5,5 milyon dollar valyuta ehtiyatı var. Mərkəzi Bank qalan ehtiyatlarından davamlı sata bilməz, yoxsa gələcəkdə gözlənilməz proseslər qarşısında çıxılmaz vəziyyətdə qala bilər. Buna görə, ehtiyatlarını qoruyub saxlamaq məcburiyyətindədir.

Mərkəzi Bank uçot dərəcəsi silahını da “çəkib”. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi mərhələlərlə 3%-dən 15%-ə, faiz dəhlizinin aşağı həddi 0.1%-dən 12%-ə, yuxarı həddi isə 5%-dən 18%-ə yüksəldilmişdir. Eyni zamanda qorunan Manat əmanətləri üzrə məbləğ limiti ləğv edilmiş, faiz dərəcəsinin tavanı isə 12%-dən 15%-ə qaldırılmışdır.

Mərkəzi Bank Dollar alışlarının azaldılması üçün dövriyyədəki Manat kütləsini də azaldır. Depozit hərracları və nortların satışı ilə Manat kütləsi cəlb edilir. Bunlara baxmayaraq Manata etimad güclənmir. Mərkəzi Bankın bütün həmlələrinə baxmayaraq; Manatın faizi artırılsa da, dövriyyədəki Manat azaldılsa da dollarlaşma azalmır və milli valyutamız günbəgün dəyərdən düşür.

Manat kütləsi nə qədər azaldılsa da, iqtisadiyyatın müəyyən miqdar dollara ehtiyacı var. Əgər bu ehtiyac ödənmirsə, bütün tədbirlər yetərsiz qala bilər.

XARİCƏ ÇIXAN DOLLAR GƏLƏNDƏN ÇOXDUR

Son məlumata görə, Oktyabr ayında Azərbaycanın ixracı 644 milyon 492 min dollar, idxalı isə 755 milyon 665 min dollar təşkil edib. Oktyabr ayında saldo mənfi 111 milyon 173 min dollar təşkil etmişdir. İxracdan başqa, xarici hüquqi və fiziki şəxslərin, xaricə səfər edən yerli turistlərin, bankların, vətəndaşların və s. dollara təlabatı var.

Proqnozlara görə, Dollar Manat qarşısında hazırkı sürətlə bahalaşarsa ilin sonunda 1.90 manatadək çıxa bilər. Nəzərə alsaq bunu üçün şərait də var. Mərkəzi Bank valyuta satışı həyata keçirmir, qlobal birjalarda dollar bahalaşır, neft ucuzlaşır və Azərbaycanın valyuta gəlirləri daha da azalır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

155 manatla yaşamaq olarmı?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: