Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mərkəzi Bankdan gözlənilməz tapşırıq

Kredit borcunu ödəməyənlərin təkcə əmlakı müsadirə olunmayacaq, həm də bir neçə ay zindan həyatı da yaşamalı olacaqlar

Dekabr devalivasiyasından sonra ölkədə yaşanan böhranlı vəziyyətdən ən çox əziyyət çəkənlər sırasında banka kredit borcu olanlardır. Xüsusən də dollarla kredit götürmüş şəxslər artıq ödəmə məsələsində ciddi problemlər yaşayırlar. Nəticədə isə ödənişlər sarıdan sıxıntılar yaranmağa başlayıb.

Politika.Az xəbər verir ki, Azərbaycanın Mərkəzi Bankı vəziyyəti nəzarət altına alaraq, tədbirlər planı hazırlamaq əvəzinə, daha çox borcluların sıxışdırılması siyasətinə üstünlük verir. Artıq vəziyyət o həddə çatıb ki, kredit borcu olanlar ya intihara əl atır, ya da ölkədən qaçmaq yolunu seçməli olublar.

Politika.Az xəbər verir ki, banklar ödənişlər məsələsində sıxıntı yaşadıqları səbəbindən Mərkəzi Bankla danışıqlara gedərək, problemi çözməyə çalışırlar. Amma bu çözüm məsələsi işin ifrata varmasına qədər gətirib çıxarıb. Məlum olub ki, Elman Rüstəmovun rəhbəri olduğu qurum kredit borcu olanların saxlanılması və İnzibati Xətalar Məcəlləsi ilə mühakimə olunmasını təklif edib. Hazırda isə durum daha kritik şəkil alıb. Belə ki, Mərkəzi Bankın təlimatı və verdiyi gizli göstəriş əsasında banka borcu olan şəxslərdən pullar zorla alınacaq. Yəni, onlar saxlanılacaq, əmlakları müsadirə ediləcək, özlərini isə bir müddətliyinə həbsə atacaqlar.

Politika.Az-a məlumat verən mənbələrin dediyinə görə, bu barədə göstəriş məxfi şəkildə verilib. İşin icrası isə polis orqanlarına həvalə edilib. Yaxın günlərdə banka kredit borcu olanların ölkədən çıxışına da qadağa qoyulması üçün tədbir görüləcək. Hətta bununla bağlı konkret siyahının da hazırlandığına dair bilgilər var.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Neftin qiyməti yenə 50 dolları keçdi

%d bloqqer bunu bəyənir: