Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mərkəzi Bank hərraca 300 milyon dollar çıxaracaq

Bu gün Mərkəzi Bank hərraca həmişəkindən 5-6 dəfə artıq dollar çıxaracaq. Fins.az-ın məlumatına görə, məqsəd bankların tələbatının ödənilməsi və dövriyyədə dollar kütləsinin artırılmasıdır.

Xatırladaq ki, Dövlət Neft Fondu hər həftənin 2-ci və 4-cü günləri  hərrar keçirir. Bu hərracda hər dəfə 50 milyon dollar olmaqla ümumilikdə həftə ərzində 100 milyon dollar satışa çıxarılırdı.  Amma bu bankların tələbatını ödəmir. Belə ki, Mərkəzi Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 6-da həyata keçirilən valyuta hərracı zamanı dollarla bağlı banklardan daxil olan sorğuların ümumi məbləği 588 milyona çatıb.

Bununla bağlı bu gün, yəni sentyabr ayının 8-də  Neft Fondu 300 milyon dollar hərraca çıxaracaq.  Qeyd edək ki, hərrac Bloomberg platforması üzərindən Mərkəzi Bankın nəzarəti ilə  həyata keçiriləcək.

(fins.az)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Dollarla bağlı yeni qərar: limit götürüldü

%d bloqqer bunu bəyənir: