Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mərkəz sədri işsizlər ordusu yetişdirir – Gəncədə

Son aylar ölkədəki böhranla bağlı işlərindən ixtisar olunan, çalışdıqları müəssisələrin bağlanması ilə əlaqədar olaraq işsiz qalan vətəndaşlara Gəncə Məşğulluq Mərkəzi “işsiz statusu” vermir.

24saat.org-a verilən xəbərə görə, mərkəzin sədri Abil Tağıyev qəbul etdiyi işsizlərə min bir bəhanə gətirərək, sakinləri bu hüquqdan məhrum edir. Hələ bu azmış kimi işini itirən insanlar işsizlik müavinəti almaqdan da məhrum ediliblər. Şikayətçi Müşfiq Məmmədov deyir ki, çalışdığı “AZƏRENERJİ” MMC-də işindən ixtisar olunub. Bununla əlaqədar Gəncə Məşğulluq Mərkəzinin sədri Abil Tağıyevə müraciət edib ki, ya işsizlik statusu ya da müavinət alsın. Ancaq qurumdan ona çoxsaylı bəhanələr gətirilib və nəticədə o, neçə ay adıçəkilən mərkəzə getsə də, heç bir müsbət nəticəsi olmayıb. M.Məmmədovun bildirdiyinə görə, axır aylar intensiv Məşğulluq Mərkəzinə gedib və orda minlərlə insanın bu hüquqdan məhrum edildiyinin şahidi olub. Qeyd edək ki, Gəncə Məşğulluq Mərkəzinin və şəhər icra hakimiyyətinin təşkil etdiyi “əmək yarmarkası” insanların etiraz aksiyasına çevrilmişdi, saxlanılanlar olmuşdu.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ağdaş Mədəniyyət Şöbəsində “mədəni” nümunə – Foto+Fakt

%d bloqqer bunu bəyənir: