Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106165

“Məni dondurun, 200 ildən sonra diriləcəyəm”- Xərçəng xəstəsinin son istəyi

İngiltərə məhkəməsi xərçəngdən əziyyət çəkən 14 yaşlı qızın vəsiyyət xarakterli müraciətini qəbul edib.

Moderator.az xəbər verir ki, sağalmaz xəstəliyə uğrayan yeniyetmə ölümündən sonra dondurularaq xüsusi depoda saxlanmasını istəyib. ABŞ-da bu cür yerlərin olduğunu öyrənən qızın istəyinə valideynləri mane olub. Lakin o, ölümündən bir müddət əvvəl vəkil qohumu ilə məsələni həll edib. O, məhkəməyə məktubunda  yazıb: “ölmək istəmirəm, amma öləcəyimi də bilirəm. İstəyirəm ki, məni donduraraq saxlasınlar. Gələcəkdə xərçəng xəstəliyini sağalda biləcəklər. Bəlkə, mənim də donmuş cismimi sağaltmaq mümkün oldu və mən 200 ildən sonra sağaldım”.
Məhkəmə, J.S. şifrəsi ilə adlandırılan qızın vəsatətini təmin edib. Məkəmə qərarından bir neçə gün sonra dünyasını dəyişən J.S.-in cəsədi AB,-a aparılaraq dondurulub.
Qeyd edək ki, nə məhkəmə həmin qızın tam adını açıqlamır. Yalnız ad və soyadının baş hərfləri ilə J.S kimi adlandırılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyədə dollar “dəhşəti” – Baş nazir təcili toplantı çağırdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: