Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məni 15 dəqiqə sonra öldürəcəkdilər – ƏRDOĞAN O GECƏNİ ANLATDI (Video)

Türkiyə prezidenti Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisi (TBMM) edam cəzasının bərpası istiqamətində qərar verəcəyi təqdirdə onu təsdiqləyəcəyini söylətib.

“CNN International”dan Rebecca Andersonun suallarını cavablayan Ərdoğan çevriliş cəhdinin vətənə xəyanət olduğunu vurğulayaraq, edam tələbinin konstitusyon qərara çevriləcəyi yerin parlament olacağını xatırladıb. 24saat.org saytı bildirir ki, Ərdoğan “Dolayısıyla, parlamentdə liderlərin razılaşması surətiylə gündəliyə çıxarmaları halında, prezident olaraq parlamentdən gələcək belə bir qərarı təsdiqləyərəm” deyə bildirib.

Daha sonra Ərdoğan sözünə belə davam edib: “Terror hadisələri zamanı xalqın qətiyyətlə verdiyi qərar budur – terroristlər öldürülməlidir. Bunun başqa çıxış yolu yoxdur. Mən niyə ömürlük və ya ağırlaşdırılmış ömürlük həbs cəzası kəsilən şəxsləri illərlə bəsləməliyəm? Vətəndaş bunu söyləyir – “Mənim canım getmiş, canım”. 8 yaşında, 15 yaşında, 20 yaşında gənclər, yeni-yetmələr son hadisələrdə təəssüf ki, öldürüldü. Bunların təbii anaları, ataları və hamı bu anda eyni dərddədir. Bunun üçün bu mövzuda çox həssas davranmalıyıq. ”

Çevriliş cəhdin arxasındakı şəxs kimi təqdim edilən Fəthullah Gülənin ABŞ-da sığınmasını vurğulayan Ərdoğan Türkiyə ilə ABŞ arasında ekstradisiya müqaviləsinin olduğunu da xatırladaraq gileyini də biruzə verib: “Siz məndən istədiyiniz zaman strateji tərəfdaşımız olduğunuz üçün biz veririk, amma siz niyə vermirsiniz?” .

15 DƏQİQƏ sonra ÖLDÜRÜLƏCƏKDİM

Prezident Ərdoğan Mərmərədə qaldığı otelə çevriliş tərəfdarlarının təşkil etdiyi basqında 2 cangüdənin həlak olduğunu dilə gətirib. Ərdoğan “Əgər Mərmərədə 15 dəqiqə daha qalsaydınız ya qaçırılmış olacaqdım ya da öldürüləcəkdim. Oradakı yoldaşlarımızla apardığımız müzakirə nəticəsində oteli tərk etdik. Bu qərar planlarının qarşısını almağa səbəb oldu “deyə bildirib. Ərdoğan çevriliş cəhdinin olduğu gecənin ardından yaşananlara da toxunub: “Atatürk Havalımanında nəzarət qülləsinin idarəsini ələ keçirmişdilər. İstanbul Təhlükəsizlik şefinə çevriliş edənlərin buradan boşaldılması əmrini verdim. Əməliyyatdan sonra qüllə təmizləndi. Uçuş əsnasında pilota havada nə qədər qalabiləcəyimizi soruşdum, 3-4 saat dedi. O andan etibarən F-16 təyyarələri ilə üzərimizdə qısa məsafədə səs sürətini aşaraq uçuş həyata keçirdilər. Bu edildiyində bombardumana bənzər səs çıxır. Qəti narahat olmadıq. İlk açıqlamamızdan etibarən Türk dövlətinin, hökumətin başında olduğumuzu söylədik. Onsuz da 12 saatda hər şeyi nəzarət altına aldıq. ”

24saat.org

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Türkiyədə çevriliş olacağı 1 ay əvvəlcədən məlum olub – FAKT

%d bloqqer bunu bəyənir: