Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
85526

“Məmurların xarici dövlətlərdə bank hesabı açması yasaqlanmalıdır”

Mirmahmud Mirəlioğlu: “Belə bir qanunun qəbul edilməsinə ehtiyac var”

Məlum olduğu kimi, Rusiyada məmurların xarici ölkələrdə bank hesabına sahib olmasını yasaqlayan qanun qəbul edilib. Qanuna görə, Rusiya məmurları başqa bir ölkədə bank hesabına sahib ola bilməzlər. Qanunu pozan şəxslərin işdən uzaqlaşdırılması nəzərdə tutulub.

Maraqlıdır, Azərbaycanda da oxşar qanun layihəsinin qəbuluna ehtiyac varmı?

Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu sözügedən qanunun Azərbaycanda qəbul edilməsinin vacib olduğunu söylədi:

“Şübhəsiz ki, bu qanunun Azərbaycanda da qəbul edilməsinə ehtiyac var. Doğrudur, bu məsələ ümumi şəkildə bizim qanunvericilikdə nəzərdə tutulub. Lakin məxsusi olaraq belə bir qanunun Azərbaycanda qəbulu yaxşı olardı. Çünki bu problem bizdə özünü xüsusilə ciddi hiss etdirir. Baxın, bizdə millət vəkili, nazir, nazir müavini olan insanların sorağı qısa müddətdən sonra ayrı-ayrı dövlətlərdən gəlir. Mətbuatdan məlum olduğu kimi, bu günlərdə saxlanılan məmur övladının cibindən üç dövlətin pasportu çıxıb. Odur ki, belə bir qanunun qəbuluna ehtiyac var. Yaxşı olar ki, bu təcrübə ölkəmizdə də tətbiq edilsin”.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

AŞPA Monitorinq Komitəsinin iclasında erməni təxribatının qarşısı alındı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: