Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məmurlardan prezident təqaüdçüsünə təhqir – Qazaxda

Qazaxın Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, prezident təqaüdçüsü Mürşüdov Tural Müştab oğlu tərəfindən şikayət ünvanlanıb. 24saat.org-a göndərilən məktubda deyilir:

“Bildirmək istəyirəm ki, Qazax rayon Axköyək kənd icra nümayəndəsi və bələdiyyə sədri mənə iki il bundan qabaq problemli torpaq vermişdirər, iki ildir mən məhkəmələrdəyəm. Hazırda kənd klubuna yaxın ərazidə olan torpaq sahəsin mənə verilməsi barədə müraciət etmişəm.

Onlar isə mənə deyir ki sənə biz torpaq verə bilmirik yaxşı torpaqlar pullu oğlanlar ücündür, sən də get kimə şikayət edirsən et, bizə heç kim maraqlı deyil.

Mənim üçün əlil olmamısan ha get neynirsən elə də elə. Ağköynək bələdiyyə sədri Məmmədov Abbas. Famil oğlu və icra nümayəndəsi Əmiraslanov Vadim Zahid oğlu. mənə belə deyirlər.

Xahiş edirəm bunlar barədə ciddi tədbir görün, bunlar 2-ci qrup hərbi əlilə, prezident təqaüdçüsünə etdikləri bu hərəkətin qarşısında cavab versinlər və bu və ifədən kənarlaşdırılsınlar”.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ailə vaqonda yaşayır, ƏSMM pulunu yeyir – Qubada

%d bloqqer bunu bəyənir: