Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məmur qohumları bu “baxça”dan maaş alır – Foto

Göyçayın Şahkərəm Qurbanov küçəsində yerləşən 11 saylı uşaq bağçası və körpələr evi 10 ildən çoxdur yararsız vəziyyətə düşüb.

24saat.org-a şikayət edən rayon sakinlərinin sözlərinə görə, bağçaya uşağını göndərmək istəyən yoxdur. Hazırda bağçada 6-8 uşaq və 12 nəfərdən çox tərbiyəçi qeydiyyatdadır. Şəhərin mərkəzinin lazımsız yerə dəfələrlə “abadlaşdırılmasına” baxmayaraq, 10 ildən çoxdur pis vəziyyətdə olan bu bağçaya heç kim baxmır. Dörd dəfə icra başçısı dəyişdirilib, hamısı da gələn kimi mərkəzdə bir-iki küçəni asfaltlamaqla ayrılan pulları mənimsəyiblər. Şikayət məktubunda deyilir: “Biz sakinlər də şikayət edəndə deyirlər ki, bağça təmir qrafikinə düşməyib. Biz də deyirik: Niyə düşməyib ki, salında, öz əlinizdə deyil? Bu bağçada Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Asif Nəbiyevin qohumları işlədiyindən sadəcə adları var və maaş alırlar”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Xanabad yolu bərbad gündə – Fotolar

%d bloqqer bunu bəyənir: