Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
20140907002337_94516

Məmur oğlu “Topaz”da 500 min manat uduzdu

Azərbaycanlı gənc “Topaz”da 500 min manat uduzub.

O, futbol oyunlarına bir neçə dəfə nisyə pul yazdırıb. Proqnozları səhv çıxan gənc, borcunu qaytara bilmək üçün bukmeykerə əlavə nisyə pul qoymaqdan çəkinməyib. O, bu addımına borcu 500 min manata çatana kimi davam edib.

“Topaz” idman mərc oyunlarının yerli məntəqəsinin sahibi ona daha pul yazdıra bilməyəcəyini deyib və borcunu qaytarmağı istəyib. Borcunu qaytara bilmədikdə isə “Topaz” sahibi polisə müraciət edib. Onun polisə müraciətindən sonra gəncin ailəsi övladlarının 500 minlik borcundan xəbər tutub. Çarəsiz vəziyyətdə qalan ailə övladlarını həbs təhlükəsindən qorumaq üçün Gəncə və Bakıdakı evlərini satmağa məcbur olub. Lakin evlərin pulu belə borcu qaytarmağa kifayət etməyib.

Əldə etdiyimiz məlumata görə, sözügedən gənc işğal altında olan rayonlardan birinin Təhsil Şöbəsinin müdirinin oğludur. Həmin şəxsin adı bizə məlum olsa da, özü ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadığından adını hələlik gizli saxlayırıq.(bakipost.az)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Millət vəkili Türkiyədə Azərbaycan qadınları ilə bağlı geniş məruzə ilə çıxış edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: