Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
400065451

Məmmədyarov Misirə niyə getdi?

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Misirə səfəri iki ölkə arasındakı münasibətləri yenidən canlandırmağa hədəflənib”.

Bunu politoloq Elxan Şahinoğlu nazirin Misir səfərini şərh edərkən deyib. E. Şahinoğlu bildirib ki, Elmar Məmmədyarovun Qahirəyə səfəri təqdirəlayiqdir: “Misir ərəb dünyasının və Şimali Afrikanın əsas dövlətlərindəndir. Amma Misirdə son illər baş verən qanlı hadisələr bu ölkənin xarici siyasətdəki fəallığını xeyli azaldıb. Məsələn, bu gün Səudiyyə Ərəbistanı, hətta Qətərin bölgədəki olaylara təsir imkanları Misirin imkanlarından üstündür. Misir hazırda yaşamaq uğrunda mübarizə aparır. Prezident Sisi üçün ölkədə sabitliyin bərqərarı hava, su kimi lazımdır. Çünki son illərin rəngli inqilabları, mitinq və küçə döyüşləri Misiri taqətdən saldı, iqtisadi zəmində xeyli geri düşdü, Qahirənin vaxtilə əsas gəlir mənbələrindən biri olan turizmdən qazancı xeyli azaldı. İndi isə prezident Sisi ölkəsinin əvvəlki statusunu bərpa etməyə çalışır. Bir gün Misir yenidən özünə gələcək və söz sahibi olacaq. Ona görə də həmin günü gözləmədən inqilablar səbəbi ilə Misirlə fasilə verilən əlaqələri bərpa edib gücləndirmək lazımdır”.
Politoloq Elmar Məmmədyarovun misirli həmkarı ilə müzakirə etdiyi mövzulara da toxunub: “Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsini və müxtəlif sahələr üzrə əməkdaşlığın vəziyyətini müzakirə edilib. Tərəflər enerji sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı haqqında danışaraq, bu xüsusda 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər. Görüşdə həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasında müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi olub. Beləliklə, Elmar Məmmədyarovun Qahirəyə səfəri iki ölkə arasındakı münasibətləri yenidən canlandırmağa hədəflənib”.
E.Şahinoğlu Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb: “Ancaq bu ölkədə erməni diasporunun olduğunu da unutmamalıyıq. Harda ki, erməni diasporu var, orda Azərbaycana və Türkiyəyə qarşı “suyu bulandırmaq” cəhdləri də var. Ona görə də Misirdəki səfirliyimizin üzərinə böyük yük düşür”.
Politoloq vurğulayıb ki, rəsmi Bakı Ankara ilə Qahirə arasında vasitəçilik funksiyasını həyata keçirə bilər. E.Şahinoğlu Misir və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin reallaşdırılması məsələsinin aktual olduğunu da deyib.(Bakıpost.az)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Tələbələr mənə yazıb ki, dekanlıq onlara hədə-qorxu gəlib” – REKTOR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: