Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ab963c1c-22f5-47ea-8b29-3bf5f932cd53_w987_r1_s

Məktəbdə uşağı soyuqdan xəstələnən atanın şikayəti

Orta məktəblərdə dərslərin soyuq siniflərdə keçirilməsi ilə bağlı şikayətlər səngimir. Şikayətçi valideynlərindən biri də Ülvi Əliyevdir.

O deyir ki, 3 uşağı Astara rayonunun Rudəkənar kənd orta məktəbində təhsil alır. Məktəb qızdırılmadığından uşaqlarından biri soyuqdəymədən xəstələnib: «Getdim məktəbə. Gördüm ki, direktor öz otağında plitka yandırıb və uşaqlara dərs deyir. Etirazımı bildirdim. Dedim ki, siniflərdə dərs keçən uşaqlar necə olsun? Qızdırmaq lazımdır. Dedi ki, noyabrın 15-nə kimi vaxt var…».

Valideynə deyiblər ki, məktəbin qazanxanası qazla işləyir. Xətti qaz idarəsi açmalıdır.

Rayonun Pensər kənd orta məktəbinin müəllimi Həbib Həbibov da siniflərin qızdırılması ilə bağlı problemlərin olduğunu dilə gətirir: «Məktəb yanacaqla qızdırılır. Lakin bütün otaqlara istilik getmir. Məktəb təzə binadır. Əvvəlcədən istilik sistemini düzgün qurmayıblar. Bu barədə yazmışdıq. Hələ ki, problem qalır. Dizel yanacağında problem yoxdur. Gətirdilər».

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

BÜRCLƏR – 8 Noyabr

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: