Loading...
Loading...
49529

Məktəb direktorunun həbsi ilə bağlı Təhsil Şöbəsindən AÇIQLAMA

Zərdab Rayon Təhsil Şöbəsi Şahhüseynli kənd orta məktəbinin direktorunun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, Təhsil Şöbəsinin müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23.00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.

Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, haqqında cinayət işi açılmayıb: “Hazırda iş Rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma  aparılır. Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilmiş və heç bir təcavüz halının olmadığı müəyyən edilib”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Lənkəranskinin varisinə Rusiyada şok qadağa

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: