Loading...
Loading...

Məktəbəqədər təhsilə görə 450 manat?

132-134 nömrəli Təhsil Kompleksindən edilən şikayətlərə cavab verildi

“Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində  məktəbəqədər təhsil hazırlığı ödənişlidir”. Bu iddia paytaxt sakinlərindən birinin “Bizim Yol”-a etdiyi müraciətdə bilirilib.
“Məktəbəqədər təhsilin proqramında məktəbəqədər yaşlı uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsi tələb olunur, onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq və vərdişlərin aşılanması, qabiliyyətlərin formalaşması ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Məktəbəqədər təhsilin proqramında uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərdə tutulur.
Bu məqsədlə övladımın sənədlərini 132-134 nömrəli Təhsil Kompleksinə təqdim etdim. Buradan bildirildi ki, burada məktəbə qədər təhsil bölməsində təhsil ödənişlidir. Ödəniş 450 manatdır.
Bura özəl təhsil müəssisəsi deyil, dövlətindir. Dövlət büdcəsi ilə inşa olunub, bərpa olunub və bunlar vətəndaşların dövlətə ödədiyi vergilər hesabına başa gəlib. Uşağa xərclənən pul dövlət tərəfindən 110 manatdır, orta aylıq maaş isə 430 manatdır.  6-7 yaşlı uşaq illik xərci ümümilikdə 5000 manat edir. Biabırçılıqdı”,-deyə valideyn bildirib.
Bu məsələ ilə bağlı 132-134 nömrəli Təhsil Kompleksinin direktor müavini Şəfəq Şirinova bildirdi ki, dövlət təhsil müəssisəsi olan məktəbdə məktəbəqədər təhsil ödənişsizdir.
Məktəbəqədər təhsilin proqramı 3-6 yaş dövrü uşaqların inkişafında çox mühüm dövrdür. Məhz bu dövrdə uşaqların beyin hüceyrələrinin artması və onlar arasında əlaqələrin qurulması prosesi baş verir. Bunun da nəticəsində uşağın düşünmə, qavrama və ətraf mühitdə insanlar və əşyalarla qarşılıqlı təsir istiqamətində daha mürəkkəb mərhələyə keçməsi üçün zəruri dəyişikliklər baş verir. Beynin düzgün inkişafı şəraitində potensial dərketmə qabiliyyətləri artır. Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki, psixoloji və sosial inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının qorunması və estetik inkişafında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Ukraynada girov götürülən azərbaycanlı iş adamları azad olunub

%d bloqqer bunu bəyənir: