Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kitab.jpg

Məktəbəhazırlıq üçün kitablar pulla satılır – 17 manat – VİDEO

Övladını məktəbəhazırlıq qruplarına göndərən valideynlər dərs vəsaitlərini pulla alırlar.

Dərslərə oktyabr ayının 1-dən start verilib. Ancaq hələ də məktəb tərəfindən qruplara kitab paylanmadığından valideynlər  multimediya tədris resurslarını özləri almağa məcbur olublar. Baxmayaraq ki, orta məktəb şagirdləri üçün dərs vəsaitləri pulsuz paylanılır.

Məktəbəhazırlıq məşğələləri  üçün “Nitq inkişafı”, “Ətraf aləmlə tanışlıq”,  “Məntiqi və riyyazi təfəkkürün inkişafı” , “Təsviri fəaliyyət” olmaqla 4 kitab komplekt şəkildə satılır.

Müəlimllər, valideynlərə kitabların məktəb tərəfindən verilməyəcəyini və özlərinin almalı olduqlarını bildiriblər.

Məktəbəhazırlıq üçün nəzərdə tutulan 17 manatlıq kitab dəstinin baha olduğunu düşünən əksər valideynlər  isə daha ucuz başa gəlsin deyə onları tək-tək almağa başlayıblar.

Təhsil Nazirliyindən isə  bildirilir ki, təkcə Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına yazılan uşaqların sayı 20 mini ötüb. Bölgələrdə isə onların sayı iki dəfədən də çoxdur. Elə valideyn var ki, uşağın adını məktəbə hələ yeni yazdırır. Hazırda Təhsil Nazirliyi tərəfindən uşaqların siyahısı dəqiqləşdirilir.  Məktəbəhazırlıq məşğələləri ölkə üzrə yeni təcrübə olduğundan işlər ona görə uzanır. Yaxın gələcəkdə orta məktəbdə olduğu kimi məktəbəhazırlıq qruplarının uşaqları üçün də kitablar pulsuz veriləcək.

Xəzərxəbər

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məcburi köçkünlər yolu bağladı FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: