Loading...
Loading...

“Məişət zəminindəki zorakılıqlarla bağlı cəzalar ağırlaşmalıdır”

Qənirə Paşayeva: “Belə etmək lazımdır ki, bu, başqalarına da dərs olsun”

Millət vəkili Qənirə Paşayeva Tərtərin Babək küçəsində həyat yoldaşı, 28 yaşlı Tofiq Məmmədov tərəfindən baltalanan 37 yaşlı  Məhsəti Səmədova ilə bağlı olaya münasibət bildirib. Q.Paşayeva məişət zəminində baş verən zorakılıqların ciddi şəkildə tədqiq edilməsi gəərkdiyini bildirib:

“Cəmiyyətddə məişət zəminində zorakılıqların artması hamımızı ciddi narahat etməlidir və biz hamımız ətrafımızdan başlayaraq bu cür hallara laqeyid qalmamalıyıq.İctimai qınaq, maariflənmənin genişlənməsi çox vacib məsələdir. Amma bu cür qəddarlıqlar xüsusi araşdırılmalıdır. Çünki normal insan psixalogiyası ilə bu cür hadisələri ümumiyyətlə qəbul etmək və anlamaq mümkün deyil. Hesab edirəm ki bu cür hallarda cəzalar ağır olmalıdır ki,başqalarına da dərs olsun.Və bu cür əməllər etmiş insanlarla qadınlarımız ailə quranda düşünməlidirlər. Beləsi ilə ailə qurmaq olarmı?

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Prezidentin qarşısına sədd çəkdilər ki, bu yataqxananı görməsin” – FOTOLAR

%d bloqqer bunu bəyənir: