Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
komitet

“Məhvetmə əmri” verilib – ŞOK İDDİA

Dünyada bir milyard insan qalacaq, xristianlar narkotik, pozğun həyatla, müsəlmanlar terrorla məhv ediləcək.

Publika.az xəbər verir ki, “Gezitter.org” saytı gizli dünya hökuməti adlandırılan “Komitet 300” və onların qurmaq istədiyi dünyadan yazıb. 1968-ci ildə dünyanın 100 məşhur alimi və ictimai xadimi İtaliya paytaxtında “Roma klubu”nu təsis etdi.
Onları xüsusilə sürətlə inkişaf edən texnologiyanın faydalı və zərərli tərəfləri fonunda bəşəriyyətin taleyi narahat edirdi. Klub belə nəticəyə gəldi ki, elmi-texniki irəliləyişin sürətlənməsi Yer kürəsinə böyük zərər vurur. “Əgər siz Yer kürəsinin təbii sərvətlərini qeyri-məhdud şəkildə istifadə edəcəksənizsə, gələcək nəsillər üçün çox çətin olacaq”, – deyə onlar dünyaya müraciət etdi.
Bu qlobal problem idi. Hazırda “qloballaşma” deyilən terminin kökü də oradan gəlir. Lakin “Roma klubu”nun dediyi sözlər böyük dövlətlər tərəfindən təhrif olundu. Onlar özlərində olan təbii sərvətlərə toxunmadan kiçik ölkələri yırtıcı kimi qarət etməyə başladılar. Misal üçün, bu gün Kanada şirkəti Qırğızıstanın qızıl-filiz mədənlərini istismar edir. Halbuki, ABŞ və Kanadanın öz təbii sərvətləri var. Lakin onlar bu sərvətləri özləri üçün ehtiyat olaraq saxlayırlar.
Böyük Britaniya xarici kəşfiyyat xidmətində və Mərkəzi Kəşfiyyat İdarəsində 30 il işləmiş yəhudi əsilli Con Kolemanın “Komitə 300” kitabı qaranlıq dünya hökumətinin əsl üzünü göstərir.
Kitabda dünyanın səkkiz böyük dövlət tərəfindən bölüşdürüldüyü qeyd olunur: ABŞ, Kanada, İtaliya, Yaponiya, Böyük Britaniya, Almaniya, Fransa və Rusiya.
Planetin 300 ən zəngin şəxsi gizli mason cəmiyyəti yaratdı və bunu “dünya hökuməti” adlandırdılar. “Roma klubu”nun təbii sərvətlərdən istifadə haqda xəbərdarlığı bu cəmiyyət tərəfindən özlərinə sərf edən formada təqdim olundu. Onların düşüncəsində görə, üçüncü minillikdə dünya əhalisinin sayı bir milyarda qədər azalmalıdır. Yerdə qalan insanlar məhv ediləcək. Bunu “qızıl milyard” olaraq qeyd etdilər. 6 milyard insanın məhvi prosesinə start verilib. “Dünya hökumətinin” fikrincə, Afrika ölkələrindəki xalqlar QİÇS-lə məhv edilməlidir. Doğrudan da, 1970-ci ildən başlayaraq Afrika əhalisinin 40 faizi QİSÇ xəstəliyinə tutulub.
Şərqi Avropa və Şimal xalqları – Rusiya daxil olmaqla – içki, narkotik və zəhərli tütündən öləcək. Müsəlmanlar içki, narkotik və QİÇS-ə səbəb olan zinadan uzaqdırlar. Onları başqa yolla məhv etmək lazımdır. Gizli cəmiyyətin fikrincə, Yaxın Şərqdə bütün ölkələr ləğv olunacaq və yalnız bir dövlət – İsrail qalacaq.
11 sentyabr terror aktını misal gətirən C. Koleman iddia edir ki, həmin vaxt əkiz qüllələrdə çox az sayda insan var idi və bu qabaqcadan planlaşdırılmışdı.
Bu hücumu “Komitə 300” fikirləşmişdi. Qüllələr vurulanda ilk məlumata görə, 50 min insan həlak oldu. Üç gün sonra bu rəqəm 9 minə, doqquz gündən sonra isə 4,5 minə qədər düşdü. Əslində isə həmin vaxt 1500 insan həlak olub. Onlardan 600 nəfəri xilasedicilər, yerdə qalanları isə süpürgəçilər, liftçilər və digər texniki heyətdə işləyənlər idi.
Bu hadisədən təxminən bir ay öncə Rusiya varlıları üçün çıxarılan “Quruluş və təmir” jurnalının üz qabığında əkiz qüllələrin fotosu yayımlanmışdı. Fotonun fonunda ağ bayraq və ölüm işarəsi var idi.
Bundan başqa, hücuma az qalmış ticarət mərkəzində olan bütün personal, ofis ləvazimatları, qızılla dolu seyflər çıxarılmışdı. Adi işçilərdən başqa hər kəs binadan təxliyyə olunmuşdu. Bu Əfqanıstana hücuma əsas yaratdı. Çünki ABŞ və İngiltərə BMT-nin təcavüzü qadağan edən qərarına tüpürmək istəyirdilər.
Bu qüvvələr post-sovet məkanında insanların ölümü, dövlətlərin zəifləməsi ilə nəticələnən “rəngli inqilabların” da müəllifidir.
İddialara görə, bu gün Yaxın Şərqdəki hadisələrin arxasında da məhz “Komitə 300” dayanır. Bu bölgədə bütün dövlətlərin ləğvi və təkcə İsrailin qalmasına hesablanıb. Eyni zamanda, insanı öldürən zərərli vərdişlərdən uzaq olan müsəlmanları bu yolla qırırlar. Ərəb dünyasında baş verənlər sadəcə olaraq birinci mərhələdir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Pəncərəsi olmayan binanın sirri açıldı – ABŞ dünyanı buradan dinləyirmiş

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: