Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Məhkəmədə Akif Çovdarova sərbəst ifadə verməyə imkan verilməyəcək”

Namizəd Səfərov: “Törədilən cinayətlərin əsl mahiyyəti sirr olaraq qalacaq”

Tanınmış hüquqşünas Namizəd SəfərovModerator.az-a açıqlamasında sabiq MTN generalı Akif Çovdarovun yaxın günlərdə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi ilə bağlı maraqlı fikirlər səsləndirib. Hüquqşünas A.Çovdarova bildiyi hər şeyi danışmaq imkanının veriləcəyinə inanmadığını vurğulayıb:

“Hesab edirəm ki, məhkəmə prosesini qapalı şəraitdə keçirməyə səy göstərəcəklər. Istəyəcəklər ki, gizli məqamların hamısı ictimaiyyətdən gizlədilsin. Çünki hakimiyyət törədilən cinayətlərin açılmasında maraqlı deyil.

Hacı Məmmədovun da məhkəmə prosesi qapalı keçirildi. Informasiyanın yayılmasına imkan vermədilər. H.Məmmədov dəfələrlə dedi ki, mən baş vermiş reallıqlar haqqında məlumat vermək istəyirəm. Lakin məhkəmə buna imkan vermədi. Hesab edirəm ki, Çovdarova da bildiyi hər şeyi demək imkanı, rahat ifadə vermək imkanı yaratmayacaqlar. Törədilən cinayətlərin əsl mahiyyəti sirr olaraq qalacaq”.

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

FETÖ təhsilində “Beynəlxalq olimpiadalar” yalanı: Siyahıda İstək litseyi də var

%d bloqqer bunu bəyənir: