Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məhkəmə zamanı oğlumun üzünə baxa bilmirdim…

Azərbaycanın hər bir guşəsi  mənim üçün əziz və qiymətlidir. Bu gündən sonra isə vətənin bir parçası olan cənub zonası, xüsusilə Lənkəran şəhəri dünyaya göz açıdğım İrəvan mahalı qədər doğma və unudulmaz torpağa çevrildi. Oğlum Rüfətin burada keçirilən məhkəməsi  zamanı insanların səmimiyyətini, ömrümdə üzünü görmədiyim ,salam-sabah etmədiyim adamların  məhkəmə zalına gəlmələri məni çox duyğulandırdı. 

Gizli bir şey yoxdur. Müxalifətdən də nümayəndələr gəlmişdi. Hətta “Azadlıq” qazetinin müxbiri də orada iştirak edirdi. Onları kimsə dəvət etməmişdi. Özləri təşrif buyurmuşdular. Ola bilsin bəziləri məni və oğlumu müxalifətçilikdə günahlandırsınlıar. Ancaq səhv etmiş olarlar. Vəziyyətin niyə bu cür şəkil aldığı dərindən təhlil edilsə, o zaman mənim və övladımın günahsız olduğunu yəqin edə bilərlər. Bu, vicdanın işidir. Təzadlı bir məsələ də odur ki, həyatımın 20 ilini bu iqtidarin müdafiəsinə həsr edərək müxalifəti o ki var tənqid atəşinə tutmuşam. İndi onlar oğlum Rüfətin müdafiəsi üçün  səylər göstərir, iqtidar isə onu müttəhimlər kürsüsundə əyləşdirir. Etmədiyi, baş vurmadığı işlərə görə onu mühakimə edirlər. Hər şeyin saxta və qurama olduğu göz önündədir.

Məhkəmə zamanı oğlumun üzünə baxa bilmirdim. Bu ədalətsiz səhnə məni çox sıxırdı, öyrədilmiş yalançı şahidlərin ifadələrini dinləmək mənim üçün olduqca ağır idi. Bəli, indi iqtidar sanki məni etmədiyim bir işə görə mühakimə edir. Ancaq Allahın ədaləti dözümlü və səbrli olmağa güclü təkan verir. Çünki ölkə prokurorluğunun püskürən ədalətsizliyi önündə Uca Allaha tapınmaqdan başqa çarəm yoxdur. Əslində onlar özü də hansısa yüksək məqamdan gələn sifarişin əsirinə çevrilib. O mənbənin, o zülmkar, zalım mənbənin ünvanını öz siyasi hekayətlərimdə xalqın diqqətinə çatdıra bilmişəm. Çoxları gəlib-gedib, mən də, oğlum Rüfətin həbsinə qərar verənlər də günlərin birində bu dünyadan yır-yığış edib əbədi dünyamıza doğru yürüyəcəyik. Allah kimin harada əbədi məskən salacağını özü göstərəcək. Ən ağır imtahan bax o zaman olacaq.

Daha arxasını gətirmək istəmirəm. Mənə göstərilmiş haqsız münasibətin qaynaqlandığı mənbə gün işığı kimi aydın və məlumdur. Lakin mən bu cəzanı haqq etməmişdim. İmdad diləyəcək bir yer də görmürəm, sadəcə,  saxta və qurama bir işin necə yekunlaşacağı maraqlı görünür.

Artıq hər şey mənim üçün adiləşib. Əvvələr bəlkə də sıxılırdım, lakin bu gün mən də, oğlum Rüfət də məhkəmənin ən sərt qərarına hazırıq.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İmtahanlar pullu olacaq

%d bloqqer bunu bəyənir: