Loading...
Loading...

Məhkəmə zalından azad edilən polkovnikin MN-ə aidiyyəti yoxdur

“Məhkəmə zalından azadlığa buraxıldığı deyilən zabitin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində guya nazirliyin həbs edilən zabitinin məhkəmə zalından azadlığa buraxılması barədə məlumatlar yayılıb.

Qurum açıqlamasında rəsmi olaraq bildirib ki, qeyd olunan faktın və şəxsin Müdafiə Nazirliyinin strukturuna heç bir aidiyyəti yoxdur.

*   *   *00:29

Hərbi Prokurorluq tərəfindən əsgər ölümü ilə bağlı ittiham edilərək həbs edilən Müdafiə Nazirliyinin zabiti məhkəmə zalından azadlığa buraxılıb.

Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, polkovnik Ə.B. barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə polkovnik barəsində seçilən həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb. (Qafqazinfo)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabah 3500 məhbus azad ediləcək

Loading...
%d bloqqer bunu bəyənir: