Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məhkəmə bəraət alan şəxsin işinə yenidən baxdı

Bakı Apellyasiya Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Anar Zeynalovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Vüqar Məmmədov sədrlik edib. Məhkəmədə apellyasiya protestinin icraatının dayandırılması barədə qərar elan olunub.

Qeyd edək ki, A.Zeynalov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Yasamal Rayon Məhkəməsi onun barəsində bəraət hökmü çıxarıb. A.Zeynalov məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı isə apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Konstitusiya Məhkəməsinin iclası keçirilir

%d bloqqer bunu bəyənir: