Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan şikayəti üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

Hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə MTRŞ-nın nümayəndəsi Nemət Cavadov ANS-in iddiasına etiraz etdiklərini bildirib.

Onun sözlərinə, MTRŞ ANS-ə bir il ərzində 26 dəfə sanksiya tətbiq edib: “Buna görə də radionun fəaliyyətinə xitam verilib”.

ANS-in nümayəndəsi Sevda Məhərrəmova isə vurğulayıb ki, qanuna əsasən, lisenziyanı İqtisadiyyat Nazirliyi verir.

S.Məhərrəmova məhkəmədən xahiş edib ki, ötən proseslərdə qaldırdıqları vəsatərlərə yenidən baxılsın. Məhkəmə ANS-in vəsatlərinə yenidən baxıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə qərarı elan edib. Qərara əsasən, ANS-in iddiası və ərizəsi təmin edilməyib.

(report)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Tağıyevin viran qalan malikanəsi – Video

%d bloqqer bunu bəyənir: