Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məhkəmə Ərdoğana boyun əydi – Ölümdən qurtulan Can Dündar həbsə atıldı

Türkiyə polisi İstanbulda məhkəmə binasında “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündara hücum etmiş şəxsi saxlayıb. ANS PRESS-in məlumatına görə, jurnalistə sui-qəsdə cəhd edən Murat Şahin adlı şəxs olub.

Hadisə “Cumhuriyyət” qəzetinin jurnalistləri Can Dündar və Ərdəm Gülün məhkəməsində verilən fasilə zamanı baş verib. Can Dündarın jurnalistlərlə ünsiyyəti zamanı Murat Şahin ona yaxınlaşaraq ayağına iki dəfə atəş açıb. Atəş açan zaman Murat Şahin “sən satqınsan” deyə qışqırıb.  Can Dündar zərər çəkməyib. Yalnız İstanbul məhkəməsi qarşısında baş verən olay zamanı NTV telekanalının jurnalisti ayağından yaralanıb.

Can Dündara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğannın şikayəti əsasında dövlət sirrini yaymaq ittihamı ilə cinayət işi qaldırılıb. Dündar 92 gün həbsdə yatdıqdan sonra sərbəst buraxılıb. Prokuror jurnalistin 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Evliliyinin 28-ci il dönəmində həbs olunan Erdem Gül “mən xəbər yazdım, cəsus və heç bir təşkilat üzvü deyiləm” deyə bildirmişdi. Yazdığı yazıya görə həbsə hazır olduğunu bildirən Erdem Gül pis bir iş görmədiyini qeyd edib.

Son anda verilən məlumata görə, 14-cü Ağır Cəza Məhkəməsi “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin jurnalisti Ərdəm Gülə hökm oxuyub. “Dövlətin gizli qalması vacib olan sirrini yaymaq” maddəsi ilə Dündar 5 il 10 ay, Gül isə 5 il azadlıqdan məhrum edilib. Jurnalistlər Türkiyədən  Suriyaya silah daşıyan TIR-larla bağlı yaydıqları xəbərə və görüntülərə görə dövlət çevrilişinə cəhddən bəraət qazanıblar. Dündar məhkəmə prosesi çıxışında “İki saat ərzində iki sui-qəsdə məruz qaldıq. Biri silahlı digəri qanuni. Qapalı məhkəmədə ikinci sui-qəsd baş verdi. Xəbərçiliyə görə cəza aldıq.” deyə bildirib.

Can Dündar İstanbulun Taksim meydanında etirazçılara müdaxilə edən polisin balaca uşaqların üzərinə qaz bombaları atdığı iddia olunan zaman gündəmə gəlmişdi. Hadisəylə bağlı tanınmış jurnalist “Halk TV”nin canlı yayımına qatılaraq açıqlama vermişdi. Jurnalist müdaxiləyə son qoyulması üçün çağırış edib: “30 ildir jurnalistəm, belə sərt müdaxilə görməmişəm. Müdaxilənin dayandırılması üçün hamı öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yalvarıram müdaxiləni dayandırın”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rusiya XİN Gürcastan-NATO təlimlərini “təxribat” adlandırdı

%d bloqqer bunu bəyənir: