Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məhəmməd Hatəmi Tantəkin dünyasını dəyişdi

“Milli azadlıq hərəkatının fəallarında biri Məhəmməd Hatəmi Tantəkin bu gün yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib” . Bu barədə ANS PRESS-ə jurnalist Əvəz Zeynallı məlumat verib. O, bildirib ki, 3 gün əvvəl ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə aparılan 81 yaşlı M. Hatəmiyə tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb:

“Mərhum bir çox xəstəliklərdən əziyyət çəkirdi. İnfakt keçirmişdi və xüsusilə nəfəs almasında problemlər var idi. Onu vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirmişdilər. Orada da həyatdan köçdü”.

Jurnalist bildirdi ki, mərhumla vida mərasimi Naxçıvanski küçəsi 56 ünvanında, onun yaşadığı evdə olacaq. Vida mərasimindən sonra Bülbülə kənd qəbiristanlığında, valideynlərinin yanında dəfn ediləcəyi gözlənilir.

Məhəmməd Hatəmi Tantəkin milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından olan “Çənlibel” Cəmiyyətinin qurucuları sırasında yer alıb. 1988-ci il noyabrın 17-də keçmiş Lenin, indiki Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib.

M.Hatəmi 90-cı illərdə Milli Qurtuluş Partiyasını təsis edib. Qarabağ cəbhəsində “Milli Qurtuluş” batalyonunun tərkibində döyüşlərdə olub.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bakıda qadın qollarını doğradı

%d bloqqer bunu bəyənir: