Loading...
Loading...

Məhəmməd adı Britaniyada ən çox qoyulan addır

Böyük Britaniya Milli Statistika İdarəsindən verilən açıqlamada, Məhəmməd adının ilk dəfə 1924-ci ildə Britaniyada ən çox qoyulan ilk 100 ad arasında olmasına baxmayaraq, hazırda bu adın populyarlığının artdığı bildirilib.

24saat.org deyerler.org-a istinadən bildirir ki, İngiltərə və Uelsdə ən populyar uşaq adlarının rəsmi siyahısı yeni bir mübahisəyə səbəb olub. İngilis dilində 4 fərqli deyilişlə yazılan Məhəmməd adı görəsən, kütləvi qəbul olunan kimi, yoxsa ayrı-ayrı şəkildə deyilən tərzdə yazılmalıdır.

Bəziləri ingilis dilində Məhəmməd adının Mohammad, Mohammed, Muhammad, Muhammed yazıldığına inanır. Bu isə ölkəni uşaq adları siyahısında ayrı-ayrı şəkildə qeyd edilməsi deməkdir.

Amma bunlar bir yerdə qeyd ediləndə Məhəmməd adı Böyük Britaniyada ən populyar kişi adları siyahısında 7570 dəfə qoyulmaqla birinci yerdə qərar tutur. Siyahıda ikinci yeri Oliver adı 6941 dəfə və Cek və Henri daha sonrakı sıralarda qərar tutub.

Böyük Britaniyanın Statistika İdarəsi Məhəmməd adının rəsmi sənədlərdə eyni şəkildə yazılacağı təqdirdə, adlar siyahısına qeyd ediləcəyini açıqlayıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Gürcü rejissorun bakirəlik haqda filmi Torontoda göstəriləcək

Loading...
%d bloqqer bunu bəyənir: