Loading...
Loading...

“Mədəsi olmayan bu adam kimin mədəsinə işləyib?”

Əyyub Kərimov: “Akif Çovdarovla bağlı araşdırılması gərəkən başlıca məqam budur”

Tanınmış hüquqşünas Əyyub Kərimov 24saat.org-a açıqlamasında sabiq MTN generalı Akif Çovdarovla bağlı maraqlı fikirlər səsləndirib. Ə.Kərimovun sözlərinə görə, bu gün istintaqın araşdırması gərəkən məqamlardan biri də A.Çovdarovun yığdığı pulları kimə ötürməsidir:

“Mediada Akif Çovdarov və onun yol verdiyi qanunsuzluqlarla bağlı saysız-hesabsız  informasiyalar yer almaqdadır. Ona qarşı irəli sürülən rəsmi ittihamdan da belə məlum olur ki, bu şəxs bir çox adama qarşı qanunsuz tələblər səsləndirib, onları külli miqdarda pul verməyə məcbur edib. Lakin bu da bir həqiqətdir ki, A.Çovdarov bu miqyasda qanunsuzluğu kimlərlərsə razılaşdırmamış edə bilməzdi. Habelə, onun təkbaşına bu qədər pulu yeməsi də mümkünsüzdür. Çox güman ki, A.Çovdarova aldığı pullardan sadəcə müəyyən bir faiz çatıb. İndi isə məlum olur ki, A.Çovdarovun mədəsi belə yoxdur. Maraqlıdır, mədəsi olmayan bu adam kimin mədəsi üçün işləyib? O, yığdığı pulları kimə və ya kimlərə ötürüb? Hesab edirəm ki, indiki məqamda A.Çovdarovla bağlı araşdırılması gərəkən ən başlıca məsələ budur”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Bu gün cəmiyyətdə də, mediada da falçılara tələbat var”

%d bloqqer bunu bəyənir: