Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məcburi köçkünlər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib

24saat.org xəbər verir ki, bu gün saat 12:00 radələrində bir neçə məcburi köçkün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib.

Aksiya keçirənlər Bakıxanov qəsəbəsində qanunu yolla əldə etdikləri torpaqlarının tikinti şirkəti tərəfindən zəbt olunmasından narazılıq ediblər.
Onlar Hacıbala Abutalıbovla görüşmək istədiklərini diqqətə çatdırıblar.
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında 10-a yaxın polis əməkdaşı olsa da onlar aksiyaya ciddi müdaxilə etməyib.
Sadəcə olaraq aksiyaçılardan biri Hacıbala Abtalıbovla görüşmək adı ilə Bakı Şəhər İcra Hakimiyyətinin binasına aparılıb.
Mövzu diqqətdə saxlayacaq, aksiya ilə bağlı başqa detalları da diqqətinizə çatdırmağa calışacağıq.
moderator.az

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Özündən 15 yaş böyük məşuqəsini qətlə yetirənə hökm oxundu

%d bloqqer bunu bəyənir: