Now Reading:
Məşhur müğənni 100 min dollar cərimə ödəyəcək
Full Article 50 second read

Məşhur müğənni 100 min dollar cərimə ödəyəcək



Kanadalı məşhur ifaçı Castin Biberin hərəkəti  növbəti dəfə qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, ifaçı məhkəmə qarşısına çıxacaq. Müğənni Robert Morqan adlı bir şəxsin smartfonunu sındırmaqda ittiham olunur.

Məlumata görə, zərəçəkmiş şəxs tanınmış müğənnidən mənəvi və fiziki ziyanı ödəmək üçün 100 min dollar tələb edib. Morqan Castin Biber ilə birlikdə gecə klublarının birində olub. İfaçı klubda təsadüfən üzərinə pivə dağıdıb. Morqan dərhal telefonu ilə müğənninin bu vəziyyətdə  şəklini çəkmək istəyib. Lakin Biber gənc oğlanın əlindən telefonu alaraq onu yerə atıb. Nəticədə  telefon sınıb. Castin Biber hələlik bu barədə rəy bildirməyib.

Castin Biber – “Sorry”

Kanadalı müğənni, aktyor və model C.Biberin karyerası, “YouTube” video paylaşım saytına qoyduğu videolarının 2008-ci ildə Skot Braun tərəfindən kəşf edilməsi ilə başlayıb. Daha sonra Skot Braun Castin Biberin meneceri olub. 2010-cu ildə Castin Biber MTV Avropa Musiqi Mükafatlarında “İlin Kişi Sənətçisi” mükafatını qazanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: