Now Reading:
Məşhur “Mado” restoranı bağlandı? — AÇIQLAMA
Full Article 40 second read

Məşhur “Mado” restoranı bağlandı? — AÇIQLAMA



“Mado” restoranın ən böyük şöbəsi işləmir

Ölkə.Az-ın hadisə yerindən keçən əməkdaşının bildirdiyinə görə, Nizami küçəsində yerləşən məşhur türk restoranı olan “Mado” (yeni filial) fəaliyyətini dayandırıb. Əməkdaşımız restoranın təhlükəsizlik xidmətinin işçisindən məsələni dəqiqləşdirmək istədikdə isə o, sadəcə iki saat öncə müştərilərdən çölə çıxılmasının xahiş edildiyini, bundan başqa heç bir məlumat verə bilməyəcəyini deyib.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda “Mado” ilə bağlı bir sıra xoşagəlməz yazılardan sonra aidiyyatı qurumların bu addımı atması qeyd olunur.

“Mado”nun marketinq meneceri isə Ölkə.az-a bildirib ki, sifariş sisteminin proqram təminatında problem yarandığı üçün restoranın müvəqqəti fəaliyyəti dayanıb. Qısa müddətdə problem öz həllini tapacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: