“Mərkəzi Bank bunu çoxdan etməli idi”


“İyulun 1-də təklif etdiyim kimi Mərkəzi Bank bu gün nəhayət satıcı qismində hərraca qayıtdı. Dövlət Neft Fondu ilə birlikdə sözügedən qurum kommersiya banklarına 200 milyon dollar satıb. Bu isə o deməkdir ki, Mərkəzi Bank xarici valyutaya olan gündəlik tələbi tam ödəməklə manatın dollara nisbətən kursunu mərhələli şəkildə stabilləşdirməyə cəhd etdi”.

24saat.org-un məlumatına görə, bu açıqlama ilə Feysbuk səhifəsində iqtisadçı-alim Vüqar Bayramov çıxış edib.

Ekspertin fikrincə, Mərkəzi Bank bunu çoxdan, ən azı həmin təklifi baş banka ünvanlayanda etməli idi: “O zaman qeyd etdiyim qalan digər 3 təklif də Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilərsə kommersiya banklarının valyuta bazarındakı spekulyativ müdaxilələrini minimumlaşdırmaq və bununla da manata təzyiqi azaltmaq mümkündür”.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

«Azərişıq» dövləti 750 milyon dollar borca saldı

%d bloqqer bunu bəyənir: