Mənsimovun işdən çıxardığı baş direktor haqda – Ağır ittiham

8 il Palmali Dənizçilik şirkətinin baş direktoru vəzifəsində çalışan, Türkiyə Futbol Federasiyasının xarici əlaqələr üzrə İdarə Heyətinin üzvü Alaattin Aykaçın şirkətə aid hissə və daşınmaz əmlakları hələ də geri qaytarmadığı ortaya çıxıb.

”Qafqazinfo”nun “Dəniz Xəbər Agentliyi”nə istinadən verdiyi məlumata görə, Alaatin Aykaç Palmali Dənizçiliyə məxsus malları və hissələri məsuliyyətsizlik edərək şirkətə qaytarmadığına, qeyri-qanuni işlər gördüyünə görə 8 ay bundan öncə Mübariz Mənsimov tərəfindən işdən qovulub.

A. Aykaçın şirkətin adından qatıldığı tenderlərdə məsuliyyət daşıdığı quruma maliyyə cəhətdən zərbələr vurduğu, buna görə də tenderləri rəqib şirkətlərin qazandığı iddia olunur.

Qeyd olunur ki, 23 il Palmali dənizçilik Qrupunda fəaliyyət göstərən və 8 il şirkətin direktoru olan A. Aykaç vurduğu maddi ziyana, şirkətə aid malları geri qaytarmadığına görə məhkəmə qarşısında cavab verəcək.

AFFA-nin hesbatının ŞOK TƏHLİLİ

Sonrakı Yazı »

ABŞ və Rusiya təyyarələri üz-üzə gəldi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: