24 saat

Məmmədyarovla Nalbandyan görüşəcəklər


ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər.

Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Hamburqda münaqişənin həlli ilə bağlı əsas məsələlər istiqamətində vacib danışıqların davam etdirilməsi üçün nazirlərin öz aralarında da görüşməsini səbirsizliklə gözləyirik”, – deyə o bildirib.

Ceyms Uorlik Hamburq görüşünə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı görüşün nəzərdə tutulması sualına isə belə cavab verib: “Biz prezidentlər və nazirlərlə mütəmadi kontaktdayıq və istənilən vaxt görüşməyə hazırıq”.

Xatırladaq ki, həmsədrlərin regiona səfəri ilə bağlı bəyanatında Hamburqda həmsədrlərlə nazirlərin görüşə biləcəyi qeyd olunub.

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburq görüşü dekabrın 8-9-da keçiriləcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: