Now Reading:
Məktəb direktoru şərlədi, 17 yaşlı Mehriban atasının gözü qarşısında intihar etdi
Full Article 50 second read

Məktəb direktoru şərlədi, 17 yaşlı Mehriban atasının gözü qarşısında intihar etdi



Türkiyənin “Milliyet” qəzeti xəbər verir ki, müəllimi tərəfindən böhtan atılan 17 yaşlı Mehriban Şimşek bunu qüruruna sığışdırmayıb. O, atasının maşını ilə gedərkən qəfildən qapını açaraq yola atılıb. Mehriban müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Hadisə isə belə baş verib: Mehriban və sinif yoldaşı Oğuzhan məktəbin həyətində oturub söhbət edərkən qızın saçına yarpaq düşüb. Oğuzhan Mehribanın saçındakı yarpağı götürərkən müəllimləri onları görüb. Müəllim şagirdləri danlayıb. “Həyətdə oturub yersiz hərəkətlər edirsiniz”. Müəllim şagirdləri danladıqdan sonra onları müdirin yanına aparıb. Müdir uşaqların valideynlərini məktəbə çağıraraq onlardan valideynlərinə şikayət edib. Müdir qızla oğlana böhtan ataraq valideynlərinə deyib: “Qızınız məktəbdə uyğunsuz hərəkətlər edib. Ya siz özünüz məktəbdən çıxarın, ya da biz qovacağıq”.

Valideyn isə buna etiraz edib. Ata qızını da maşına mindirərək məktəbdən uzaqlaşıb. Müdirin və müəllimin sözlərini qüruruna sığışdırmayan Mehriban maşın hərəkətdə ikən qapını açaraq özünü yerə atıb.(milli.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: