24 saat

Məktəb çantalarının ağır olması iddiasına rəsmi REAKSİYA

Təhsil Nazirliyi məktəbli çantalarının ağır olması ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.

Modern.az-ın xəbərinə görə, jurnalistlərə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü normasının və dərsliklərin beynəlxalq standartlara uyğun şəkildə hazırlandığını bildirib:
“Təhsil Nazirliyi tərəfindən şagirdlərə təqdim olunan dərsliklər, onların çəkiləri və sayı uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil.
Valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa bunu müəyyən hallarda şərh etmək çətindir. Çünki bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Yəqin, hər bir valideyn diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: