24 saat

Məhkəmədə vəkil və hakimləri robotlar əvəz edəcək- ŞOK İXTİRA


İngiltərənin London Kolleci, Şelfild Universiteti və ABŞ-ın Pensilvaniya Universitetinin alimləri birlikdə süni zəka sistemindən yararlanaraq yeni robot ərsəyə gətiriblər.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi proqramla idarə olunan robot məhkəmə qərarları 79 faiz dəqiqliklə qəbul edə biləcək. Alimlər qrupunun sözlərinə görə, onların yeni ixtirası artıq vəkil peşəsini tarixin yaddaşına göməcək. Qrupun rəhbəri Nikolas Alatresin sözlərinə görə, süni zəka proqramı daha hakimləri də gərəksiz edəcək.

Onlar bu proqramı ilk dəfə Avropa İnsan Haqları Məhkəməsində tətbiq edərək, müsbət qərar qəbul edəcəklərinə inanırlar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: