Advertisements
24 saat

Məhkəmə Rüfət Səfərovun vəsatətini qismən təmin edib


Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Səfərovun vəkili Bəhruz Bayramov vəsatət qaldırıb. O, müdafiə çıxışı üçün məhkəmədən bir həftə vaxt istəyib.

Məhkəmə onun vəsatətini qismən təmin edib. Belə ki, hakim prosesi bu gün saat 16:30-dək təxirə salıb.

Xatırladaq ki, ötən posesdə dövlət ittihamçısı R.Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

(report)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: