Məhkəmə bildirişləri SMS vasitəsi ilə çatdırılacaq – VİDEO


Azərbaycanda məhkəmə bildirişlərinin çatdırılması qaydalarına yeniliklər edilir.

Bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə olunması nəzərdə tutulub.

Yeni 138.5-ci maddəyə əsasən, iqtisadi mübahisələr zamanı məhkəmə bildirişləri müvafiq şəxslərə elektron qaydada çatdırılacaq.

Həmin şəxslər bu barədə SMS vasitəsi ilə məlumatlandırılacaqlar.

Layihəyə əsasən, iqtisadi mübahisələrlə bağlı olan bütün məhkəmə baxışlarının audio və video yazıları da tərəflərə elektron qaydada göndəriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.(xezerxeber)

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Saçlar niyə tökülür?

%d bloqqer bunu bəyənir: