Now Reading:
Mədət Quliyev daha bir kadrını DTX-ya gətirdi – Polkovnik rəis təyin edildi
Full Article 30 second read

Mədət Quliyev daha bir kadrını DTX-ya gətirdi – Polkovnik rəis təyin edildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev kadr islahatını davam etdirir.


Mia.az-a daxil olan xəbərə görə, M.Quliyev bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə azad edilən ədliyyə polkovniki Rafiq Ramazanovu DTX-ya gətirib. Bundan sonra R.Ramazanovun DTX-da şöbə rəisi kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, R.Ramazanov M.Quliyevin kadrlarından hesab olunur. R.Ramazanov M.Quliyevin rəis olduğu dönəmdə Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Mədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsinin icrası da Rafiq Ramazanova həvalə edilmişdi.
2016-10-11-18-57-27rafiq-ramazanov.jpg (300×200)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: