Məcburi köçkünün evinə maskalı basqın


Biləsuvarda yaşayış evinə basqın olub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.

Cəbrayılrayon sakini, 1949-cu il təvəllüdlü Zeynəb Haqverdiyevanın yaşadığı 9 saylı evə girən maskalı şəxslər, onu və oğlu 1976-cı il təvəllüdlü Namiqi döyərək pul vermələrini tələb ediblər. Səs-küy yarandığından istədiklərinə nail ola bilməyən şəxslər evi tərk ediblər.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinənlərdən biri, Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü İslam Həmid oğlu Cəfərzadə tutulub.
Hadisə ilə bağlı tədbirlər davam etdirilir. (APA)

***

Qadının evinə girib, hədə qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

DİN-in saytının məlumatına görə, Cəbrayıl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Zeynəb Haqverdiyevanın yaşadığı evə girib onu və oğlu Namiqi döyərək pul vermələrini tələb etməkdə şübhəli bilinən Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Cəfərzadə tutulub.

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Qadınları Türkiyədə satan qadına 8 il cəza verildi

%d bloqqer bunu bəyənir: