Now Reading:
Məcburi köçkünlərin güzəştlərindən biri ləğv edildi
Full Article 30 second read

Məcburi köçkünlərin güzəştlərindən biri ləğv edildi

Dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərdən biri ləğv edilib.


Bununla bağlı Moderator.az-a Nizami rayonunda yaşayan bir neçə məcburi köçkün məlumat verib. Müraciət edən şəxslər bildiriblər ki, istifadə etdikləri şəhər telefonları bu aydan etibarən bağlanıb.
Məcburi köçkünlər məsələ ilə bağlı Nizami rayon Telefon Qovşağı (ATS) ilə əlaqə saxlayıblar. ATS-dən onlara bildirilib ki, artıq məcburi köçkünlərin istifadə etdikləri telefonların abunə haqqı dövlət tərəfindən ödənməyəcək. Bu səbəbdən də onların telefonları xətdən çıxarılıb.
Telefon Qovşağından onu da vurğulayıblar ki, poçt idarələrinə yaxınlaşıb aylıq abunə haqqını ödəməyənə qədər telefonları açılmayacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: