Lukaşenkonun Bakı səfəri ölkəmizə nə vəd edir?


Elxan Mehdiyev: “Bu səfərin sıradan bir səfər olduğunu düşünmürəm” Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana səfər edəcək.

Maraqlıdır, Lukaşenkonun Bakı səfəri ölkəmizə nə vəd edir? Bu səfərdən nə isə gözləməyə dəyərmi? Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev bu səfərin ölkəmiz üçün heç də az əhəmiyyət kəsb etmədiyini vurğuladı: “Azərbaycanın Belarusla münasibətləri yüksək səviyyəddir.

Xüsusilə də Lukaşenko ilə münasibətlər qənaətbəxşdir. O da hər yerdə Azərbaycanın sözünü deyir, Azərbaycanı dəstəkləyir. Mən bu səfəri faydalı hsab edirəm. Yəqin ki, ortada həm enerji, həm də təhlükəsizliklə bağlı məsələlər var. Bu baxımdan məlum səfərin sıradan bir səfər olacağını düşünmürəm”. Seymur Əliyev

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Azərbaycanda yeni peşə bayramı təsis edildi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: