Lukaşenko Panama sənədlərini müsbət qiymətləndirir

Panamanın Mossack Fonseca şirkətinin arxivinin açıqlanması başında siyasətçilərin dayandığı dünya mafiasının korrupsiya fəaliyyətini ifşa etməyə yaxınlaşmaq cəhdidir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Panama qalmaqalını” şərh edərkən deyib.

Belarus prezidentinin sözlərinə görə, jurnalistlər, hətta qalmaqalı araşdıran nəşrlərdə çalışanlarda da bu mafiada təmsil olunan var.

Lukaşenko bu qalmaqalın müsbət tərəflərindən də danışıb. Onun sözlərinə görə, korrupsiya ilə məşğul olanlar bir müddət qorxuya düşəcək.

Belarus prezidenti korrupsiyaya əsasən siyasətçilərin qurşandığını deyib: “Əgər siyasətçilər korrupsioner olmasaydı, idmançılar, jurnalistlər, yaradıcı adamlar da korrupsiyaya qurşanmazdı”.

azadlıq.info

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Rusiya: “Türkiyə ilə əlaqələrimiz düzəlməyəcək”

%d bloqqer bunu bəyənir: