Loading...
Loading...
lotu

Lotu Qulinin tələbinə rədd cavabı verən qadın

Lotu Qulinin adamlarına rədd cavabı verən qadın dəhşətli mənzərə ilə üzləşib.

Sputnik xəbər verir ki, bazar ertəsi kriminal mühitdə belə bir xəbər dolaşdı ki, kriminal aləmdə “Lotu Quli” kimi məşhur olan, Nadir Səlifov vətəni Gürcüstana ekstradisiya ediləcək. Səlifovun vəkili Təranə Əliyeva bildirib ki, onun müvəkkilinin ekstradisiyası barədə şayiələr vaxtından əvvəl yayılıb.

“Əlbəttə, biz Səlifovun Gürcüstan vətəndaşı olduğu üçün, bu ölkəyə ekstradisiyasına nail olmağa çalışırıq, lakin hələlik hüquq-mühafizə orqanlarından bunun razılığını almamışıq”, – vəkil bildirib.

Gürcüstanın hüquq-mühafizə orqanları Bakıdakı koloniyada 22 illiyə oturan Səlifovu tanıyırlar və hazırda qanuni oğrunun ekstradisiyasının mümkünlüyü məsələsi müzakirə olunur. Bununla belə, qeyd edək ki, Səlifovun adı 18 avqust 2016-cı ildə İstanbulda öldürülən qanuni oğru Rövşən Canıyevlə (Rövşən Lənkəranski) bağlı da hallandırılır. Rusiya KİV-nin yazdığına görə, Səlifov və qanuni oğru Vaqif Süleymanov əvvəllər Canıyevin nəzarətində olan bazarları ələ keçiriblər. Səlifovun vəkili Təranə Əliyeva isə öz müvəkkilinə istinadla bildirib ki, o, heç vaxt Rusiya bazarlarına “himayədarlıq” etməyib.

Lakin bu yaxınlarda Moskvada Səlifovun adı ilə bağlı bir hadisə baş verib. Qeyd edilir ki, Lotu Qulinin adamları “Avropa” ticarət mərkəzinin (Bu ticarət mərkəzinin sahibi əslən Tovuz rayonundan olan məşhur hüquqşünas İlham Rəhimovdur — red.) və Kiyev dəmiryol vağzalının yaxınlığında yerləşən gül yarmarkasının satıcılarını özlərinə tabe etdirməyə cəhd göstəriblər. Bu barədə “Sputnik”ə Moskvada yaşayan kriminal ekspert Georgi Çikaberidze bildirib. Onun sözlərinə görə, əvvəllər bu çiçək yarmarkasına Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindən olan 32 yaşlı qanuni oğru Taleh Dağlıyev (Tolik Noqinski) nəzarət edirdi. Lakin bu ilin sentyabrında o, “Bizim həyət” restoranında saxlanılıb. Üzərində aparılan axtarış zamanı Noqinskidən “spays” adlanan narkotik qarışığı tapılıb. Kriminal aləmdə tarixi ittifaq Noqinski buna görə çox da oturmalı olmayıb.

Bu barədə eşidən Səlifov yarmarkaya, vəziyyətə nəzarət edəcək yeni sahib barədə elan vermək üçün öz qasidlərini göndərib. “Satıcıların bir hissəsi Səlifovun adamlarına xərac verməyə dərhal razılaşıblar. Lakin bir qadın — gülsatan Marqarita onlara müharibə elan edib. Sentyabrda Marqaritanın yanına iki nəfər gəlib: azərbaycanlı və tacik. Onlar bəyan ediblər ki, bundan sonra o, onlara gəlirlərindən təyin olunmuş məbləğdə aylıq haqq ödəyəcək. Əgər mağazada yanğın və digər xoşagəlməz hallarla üzləşmək istəmirsə, bu tələbi sakitcə yerinə yetirsin”, — deyə Çikaberidze bildirib. Onun dediyinə görə, qadın bundan qəti olaraq imtina edib: “Bir müddət sonra Marqaritanın mənzilinin qapısından naməlum şəxslər ölü balıq asıblar. Qadın başa düşüb ki, bu, kriminal səfirlərin şərtləri ilə razılaşmayacağı təqdirdə onu gözləyən xoşagəlməz hadisəyə işarədir. Marqarita tənha anadır. Özünün yeganə övladı olan qızının taleyindən qorxan Marqarita onu yaxınlarının yanında gizlədib, lakin geri addım atmayıb”.

Çikaberidzenin sözlərinə görə, sonra təcavüzkarlar özlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları kimi təqdim ediblər və qadını saxta silahla hədələyiblər. Bundan sonra sui-qəsdin qurbanı olan qadın FSB-yə müraciət edib. FSB-nin əməkdaşları qəsbkarlıqda günahlandırılan həmin iki şəxsi saxlayıblar. Profilaktik söhbətlərdən sonra saxlanılan şəxslər azadlığa buraxılıb. Lakin gülçü Marqarita özünə FSB əməkdaşlarının simasında yeni dostlar və müdafiəçilər tapıb.

Bununla yanaşı, ekspert bildirib ki, Nadir Səlifov kimi bir çox qanuni oğru “Avropa obşaklarının hamisi”, “Şeyx Həmzət” ləqəbli qanuni oğru, 1975-ci il təvəllüdlü Həmzət Qastəmirovun rəhbərlik etdiyi məşhur çeçen klanı ilə dostluq etmək istəyirlər. Çikaberidzenin sözlərinə görə, “Avropa obşakı”nın Şeyx Həmzətin himayəsinə verildiyi ilk dəfə olaraq Ermənistanda keçirilən “sxodka”da Rusiya mafiyasının xaç atası Zaxari Kalaşov (Şakro Molodoy) tərəfindən səsləndirilib. Şeyx Həmzət saxlanıldıqdan sonra Avropa təsərrüfatı Şakro Molodoyun özünün himayəsinə keçib. Çünki Şeyx Həmzətin həbsindən sonra buna ehtiyac yaranmışdı. Məlumdur ki, Şakro bu ilin iyulunda Moskvadakı “Elements” restoranının sahibindən zorla pul tələb etmək ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, Şeyx Həmzət oğru dünyasında hələ də böyük gücə malikdir və o, hər arzu edən adamı öz yaxınına buraxmağa tələsmir və hər kəsi xüsusi nəzarətdə saxlayır.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Leyla Əliyeva Emin və Əminə ilə – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: