Loading...
Loading...

Lotu Quli həbsxanada ad günü keçirdi: onu sağlığına bir fincan “çifir” – VİDEO

Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından birinin həbsxanada ad günü keçirilib.

 

A24.Az -ın məlumatına görə, Modern.az xarici mediaya istinadən xəbər verir ki, təntənəli mərasimin qəhrəmanı “oğru” aləmində “Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdur.
“Bu gün oğru anadan olub! – deyə mərasimdəkilərdən biri “malyava” oxuyur. “Sizi alqışlayır, həbsdəkilər! Sizi şad görməkdən məmnunuq, sizə cansağlığı arzulayırıq. Qardaşlar, bu gün bizim böyük qardaşımız – “qanuni oğru” Qulinin ad günüdür. Gəlin yığışaq və onu sağlığına bir fincan “çifir” qaldıraq, ona uzun ömür arzulayırıq, uğurlar, çox yaşa, çoxlu qələbələrin olsun! Bizə göstərilən diqqətə görə minnətdarlığımızı bildirirk. Öz növbəsində, o da bütün vicdanlı insanları salamlayır”.
Bütün bunlardan sonra mərasimdəki qışqırıblar: “Allah Quliyə cansağlığı versin! “Oğrulara həyat!”. Həbsxana rəhbərliyinin bu mərasimə reaksiyası haqda məlumat verilmir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

DYP-də qiyam: Müşfiq Rəhimovla Mübariz Şahbazov cütlüyü generala qarşı – VİDEO

Loading...
%d bloqqer bunu bəyənir: