Loading...
Loading...

“Lotu Hikməti Rusiyanın xüsusi xidmət orqanları öldürüb”

Mahmud Hacıyev: “Onun böyük nüfuz sahibi olması Rusiyanı narahat edirdi”

Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev 24saat.news-a açıqlamasında 2006-cı ildə öldürülən lotu Hikmətlə bağlı maraqlı açıqlama verib. M.Hacıyev Hikmətin Rusiyanın xüsusi xidmət orqanları tərəfindən öldürülməsi ehtimalının daha yüksək olduğunu bildirib:
“Hikmət Putinin hakimiyyəti dövründə aradan götürüldü. Şəxsən mənim fikrimcə, onun öldürülməsində Rusiyanın xüsusi xidmət orqanlarının böyük rolu oldu. Gördülər ki, Hikmət – azərbaycanlı bir şəxs böyük bir nüfuz sahibidir. Onun həm biznes, həm kriminal aləmdə sözü keçir. Hikmətin həm də hüquq-mühafizə orqanlarına, icra strukturlarına, bu qurumların başında dayanan şəxslərə sözü keçirdi. Hikmət də Rövşən kimi azərbaycanlılar üçün böyük güc idi və məhz bu səbəbdən də Rusiyanın xüsusi xidmət orqanları onu aradan götürməyə qərar verdi”.

Seymur Əliyev

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ədalət Şükürov da Lənkəranskinin yasında – son gəlişmələr

%d bloqqer bunu bəyənir: