Advertisements
24 saat

Londonun müsəlman meri, Tramp prtezident olarsa, ABŞ-a getməyəcəyini bildirdi


Londonun yeni seçilmiş meri, Pakistan əsilli Sadiq Xan bildirib ki, onun dini baxışları, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-a səfər etməyə imkan verməyəcək. Virtualaz.org xəbər verir ki, bunu Xan «Time» jurnalına verdiyi müsahibədə deyib.

Xatırladaq ki, Tramp seçkiöncəsi ilk çıxışlarından birində müsəlmanların ABŞ-a daxil olmasına qadağa tətbiqini təklif etmişdi. Amerika prezidentliyinə namizəd həmçinin Londonda polislərin öz həyatlarına görə qorxduqları izafi dərəcədə radikallaşmış bölgələrin mövcudluğunu da diqqətə çatdırmışdı. Bu sözlərindən sonra Trampa qarşı Böyük Britaniyada ciddi kampaniyalara start verilmişdi.

«Əgər Tramp prezident seçilərsə, etiqad etdiyim dinin əsasları mənim oraya getməyimə izn vermir. Bu isə o deməkdir ki, mən Amerika şəhərlərinin merləri ilə əməkdaşlıq edə bilməyəcəyəm», – Sadiq Xan müsahibəsində belə deyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: