Londonun mərkəzində qanlı İNSİDENT: 1 ölü, 5 yaralı

Londonun mərkəzində 19 yaşlı gəncin bıçaqla piyadalara hücum etməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

24saat.org  xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törədən gəncin ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

 

Bununla belə, hüquq-mühafizə orqanları hadisənin terror aktı olması ehtimalını da araşdırırlar.

 

Hadisə gecə saatlarında Rassel skver ərazisində baş verib. İnsidentdə ölən şəxsin 60 yaşlı qadın olduğu bildirilir.

 

Hazırda Britaniya paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

O mitinqdə Azərbaycan bayrağı da olacaq… – Ərdoğan açıqladı

%d bloqqer bunu bəyənir: