Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Londonda korrupsioner rejimlərin “belini qıran” tarixi addım

“Korrupsionerlər cəzalandırılmalı, onların çirkli yollarla əldə etdiyi vəsaitlər isə əsl sahiblərinə qaytarılmalıdır”

Londonda keçirilən antikorrupsiya sammitində korrupsiyaya qarşı mühüm sənəd qəbul edilib. Sammitə qatılan 40 ölkənin nümayəndələsinin imzaladığı sənəddə deyilir:

“Bir sıra qlobal problemlərin əsasında korrupsiya dayanır. Yoxsulluğa, terror və ekstremizmə son qoymaq üçün buna son qoymalıyıq. Korrupsiya hər yerdə ifşa olunmalı, təqib edilməlidir. Bu işlə məşğul olanlar cəzalanmalıdır. Korrupsiya yolu ilə əldə edilən vəsaitləri gizlətmək üçün yaradılan anonim şirkətlərin fəaliyyətinə son qoyulmalıdır. Bu işdə korrupsionerlərə yardım edən hüquqşünaslar, daşınmaz əmlak agentləri, mühasiblər cəzalanmalıdır. Dövlət büdcəsinin, vergi məlumatlarının şəffaflığının artırılması hesabına vergi ödəyicilərinin pullarının qanunsuz yollarla istifadə edilməsinin qarşısı alınmalıdır. İnsanlara repressiyalardan qorxmayaraq korrupsiya barədə məlumat vermək imkanları yaradılmalıdır. Korrupsionerlər məsuliyyətə cəld edilərək cəzalandırılmalıdır. Bununla da onlara ayıdn ismarıc vermək lazımdır ki, onlar cəzasız qalmayacaq. Korrupsiya mövcud olduğu hər yerdə sıxışdırılmalıdır. Bunun üçün idman və təhlükəsiz sahələri də daxil olmaqla, bütün sahələrdə şəffaflıq təmin edilməlidir. Yeni texnologiyalar vasitəsilə insanların korrupsiyaya qarşı mübarizə imkanları genişlənməlidir. Korrupsionerlərin çirkli yollarla əldə etdiyi vəsaitlər isə əsl sahiblərinə qaytarılmalıdır”.

***

Böyük Britaniya, ABŞ, İsvecrə, Kanada, Avstaliya və Yeni Zellandiya İnterpolla birlikdə Beynəlxalq Antikorrupsiya Mərkəzinin yaradılması qərarına gəliblər. Mərkəzin qərargahı Londonda yerləşəcək. Bu barədə məlumatı Böyük Britaniya baş nazirinin mətbuat xidməti yayıb.

İyun ayından başlayaraq Britaniyada şirkətlərinn real sahiblərinin reystrinin açılması prosesi başlayacaq. Analoji addımları Fransa, Niderland, Nigeriya və Əfqanıstan da atacaq. Bu təşəbbüsə daha sonra Avstraliya, Yeni Zellandiya, İordaniya, İndonoziya, İrlandiya və Gürçüstan da qoşulacaq. Böyük Britaniyada əmlakı olan xarici şirkətlər real sahibləri haqında məlumat verməyə məcbur ediləcəklər. Bununla yanaşı Böyük Britaniya yuridiksiyası altında olan və ölkənin sərhədlərindən kənarda yerləşən ərazilərdə yerləşdirilmiş aktivlərin sahibləri haqqında da bütün məlumatları açacaqlar.

***

Mayın 12-də Londonda ilk dəfə olaraq antikorrupsiya sammiti keçirilib. Zirvə toplantısına Britaniya baş naziri Devid Kameron şəxsən rəhbərlik edib.

Kameron sammitdən əvvəl “The Guardian” qəzetində bu mövzuda məqalə ilə çıxış edib. O yazıb ki, Londonda daşınmaz əmlak alan şirkətlərdən sahib və mənfəətdarlarının adlarının açıqlanması tələb olunacaq.

“The Guardian” yazır ki, Ingiltərə və Uelsdə 100 min mülkün sahibi xarici şirkətlərdir. Belə mülklərdən 44 mini paytaxt Londonda yerləşir.

“Biz öz daşınmaz əmlak bazarımızı təmizləyəcək və korrupsiyaçılara aydın mesaj verəcəyik ki, onlar üçün burada ev yoxdur” – deyə Kameron yazıb.

Baş nazir əlavə edib ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan agentliklər mülk almaq istəyən əcnəbilərdən pulun mənşəyi və mənbəyini xəbər almalı olacaqlar. Artıq alınmış mülklərin sahibləri isə pulun qanuni yollarla qazanıldığını isbat edə bilmədikləri hallarda, bu mülklər müsadirə olunacaq.

“The Guardian” yazıb ki, Fransa, Nigeriya və Hollandiya şirkət sahibliyinin ictimailəşdirilməsi barədə razılığa gəliblər. Vircin və Kayman adalarını çıxmaq şərti ilə daha 33 ölkə və ərazi bu razıalaşmaya qoşulacaq.

Bununla belə, bir çox fəallar Vircin və Kayman adalarının ram edilməməsindən məyusluq bildirirlər. Britaniya hökuməti onların narahatlığını bölüşdüyünü deyir və qeyd edir ki, bu, böyük yolun yalnız başlanğıcıdır.

azadliq.info

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Freedom House NİDA ilə bağlı bəyanat yaydı

%d bloqqer bunu bəyənir: