Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Londonda Avropa Birliyinə dəstək aksiyası

Avropa Birliyinin tərəfdarları Londonda ölkənin birlikdən çıxmasına etiraz olaraq mitinq keçiriblər.

Dünən axşam şəhərin mərkəzi meydanına mindən çox adam toplaşıb.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda ölkə əhalisinin 52 faizi Avropa Birliyinə yox deyib və nəticədə ölkə bölünüb.

Belə ki, İngiltərə ilə Uels Avropa Birliyindən çıxmağa, Şotlandiya ilə İrlandiya isə üzvlüyə səs veriblər.

İndi şotlandiyalılar müstəqilliklə bağlı növbəti referenduma hazırlaşırlar.

Uilyam Kessel vahid Britaniya və vahid Avropanın tərəfdarıdır.

“Onların elədikləri, Britaniyanın parçalanmasına aparır. Mən İngiltərənin Britaniyadan ayrılmasına qaşıyam. Çıxmaq tərəfdarının çox olması ilə bağlı söz-söhbət xoşuma gəlmir. İki ölkə lehinə, iki ölkə isə əleyhinə səs verib”, deyə o bildirib.

Karmel Denn adlı sakin isə deyir ki, bu sevdiyin adamdan ayrılmağa bənzəyir: “Mən belə bir açı hissi 16 yaşında oğlandan ayrılanda yaşamışam. Bu da ağrılıdır, başqa şey haqqında fikirləşə bilmirsən. Bu faciədir”.

Mitinq əvvəlcə “London qalır”, sonra isə “ “Birlikdə qalın” şüarı ilə keçirilib.

Aksiya barədə elan ötən istirahət günləri “Feysbuk”da verilib və iştirak etmək istəyənlərin sayı 50 mini ötəndə, təşkilatçılar təhlükəsizlik baxımından mitinqi təxirə salıb.

Amma mindən çox London sakini Avropa Birliyinə hə deməyə gəlib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyədə daha bir partlayış

%d bloqqer bunu bəyənir: